Budanov Əbu-Dabidə sui-qəsdçisi ilə görüşüb – KİVbackend

Budanov Əbu-Dabidə sui-qəsdçisi ilə görüşüb - KİV

Əbu-Dabidə Ukrayna və Rusiya nümayəndə heyəti arasında keçirilən üzbəüz danışıqlar zamanı Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Rusiya nümayəndə heyətinin üzvü Dmitri Minayevlə görüşüb.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb.

Məlumata görə, Ukrayna kəşfiyyatı Minayevi 2019-cu ildə Budanova qarşı sui-qəsdin təşkilatçısı hesab edir:

“Tərəflər arasında görüş noyabrın 10-da Əbu-Dabidə yerləşən beşulduzlu “Emirates Palace Mandarin Oriental” hotelində baş tutub. Burada ABŞ-ın vasitəçiliyi ilə münaqişənin nizamlanmasına dair iki gün davam edən qapalı üçtərəfli məsləhətləşmələr keçirilib. Ukrayna xüsusi xidmət orqanlarının məlumatına əsasən, Minayev Rusiya Federal Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat bölməsinə rəhbərlik edir və BƏƏ-də keçirilən danışıqlarda nümayəndə heyətinin rəsmi tərkibinə daxil edilib. Məhz o, 7 il əvvəl Budanovun aradan götürülməsi əməliyyatına rəhbərlik edib”.

Nəşr Ukrayna rəsmisinin Rusiya nümayəndəsi ilə təmas zamanı davranışına və reaksiyasına xüsusi diqqət yetirib:

“Budanov qarşı tərəflə görüş zamanı nümayişkaranə şəkildə ironik davranaraq baş verənləri Kremlin əvvəlcədən sezilən təxribatçı addımı kimi qiymətləndirdiyini göstərib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*