“Bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi. Şagird davamiyyəti 80 faizə qədərdir”.
KONKRET.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev məlumat verib.
Nazir bildirib ki, bu günədək yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin 50 faizdən çoxu peyvənd olunub və proses davam edir.
Emin Əmrullayev təhsilin ənənəvi formada davamlılığını qorumaq üçün şəxsi gigiyena qaydalarına riayət etməyimizin ən vacib amil olduğunu diqqətə çatdırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
