Bulvar İdarəsinin yeni sədri kimdir? – DOSYEbackend

Bulvar İdarəsinin yeni sədri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub.

KONKRET.az Trend-ə istinadən yeni sədrin dosyesini təqdim edir:

Xanlar Ağalarov bu təyinatadək Mədəniyyət Nazirliyində Aparat rəhbəri kimi fəaliyyət göstərib. Bundan öncə isə Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

O, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb. Eyni zamanda, Kembric Universitetində dövlət siyasəti üzrə magistr təhsili alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*