“Buna görə ABŞ məsuliyyət daşıyır”  – İrandan SƏRT İTTİHAMbackend

"Buna görə ABŞ məsuliyyət daşıyır” - İrandan SƏRT İTTİHAM

“ABŞ razılığa gəlmək istəyirsə, tezliklə siyasi qərar verməlidir. Vyanadakı vəziyyət ABŞ-ın yanaşmasından qaynaqlanır. İranlılar səbirlidirlər, lakin bu əbədi deyil”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Nazir Vyanada keçirilən nüvə danışıqlarında razılıq əldə etmək imkanının olduğunu, lakin Vaşinqtonun münasibəti ilə irəli gedə bilmədiklərini qeyd edib:

“ABŞ danışıqların dayandırılmasında məsuliyyət daşıyır, həll yolu isə Ağ Evdədir”.

Xətibzadə İranın Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq üçün apardığı danışıqlarla bağlı suala belə cavab verib:

“Biz danışıqların davam etdirilməsinə və mübahisələrin həllinə hazırıq. Onlara fikirlərimizi yazılı şəkildə çatdırdıq və onların da fikirlərini bizə çatdırmalarını gözləyirik”.

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan martın 27-də verdiyi açıqlamasında bildirib ki, Vyanada keçirilən nüvə danışıqlarında razılıq əldə etmək üçün ABŞ “xarici terror təşkilatları” siyahısında olan İnqilab Keşikçiləri Ordusuna və İrana qarşı sanksiyaları qaldırmalıdır.

Qeyd edək ki, ABŞ 2018-ci ildə birtərəfli qaydada razılaşmadan çıxıb və dolayısı ilə Avropa İttifaqı vasitəsilə danışıqlarda iştirak edir.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*