“Mən əvvəlki Zelenski olacağam”.
KONKRET.az xəbər verir ki, Ukrayna dövlət başçısı “Bild”-ə müsahibə verib.
Jurnalist Paul Ronzheimer Ukrayna Prezidenti Volodimir Zelenskidən müharibədən bir gün əvvəl və müharibənin 41-ci günündə Buçada çəkilən fotosunu şərh etməyi xahiş edib.
“Bunlar iki fərqli insandır. Mən bu adama (müharibədən əvvəlki kimi) qayıdacağam”, – deyə Zelenski cavab verib.
Jurnalist Ukrayna Prezidentinin gecə gözlərini yumanda nə gördüyünü soruşub.
“Mən heç nə görmürəm. Yatmaq çox çətindir. Sonuncu dəfə nə vaxt yaxşı yatdığımı xatırlamıram”, – Zelenski deyib.
Bundan əvvəl şəbəkə Zelenskinin xarici görünüşündəki dəyişikliklərə diqqət çəkib. Həmişə gülümsəyən, pozitiv, bəzən ciddi olan Volodimir Zelensky indi çox yorğun və narahat görünür.
Artıq bir aydan çoxdur ki, o, Rusiyanın başlatdığı dəhşətli müharibədə Ukraynanın qalib gəlməsi üçün hər şeyi edir.
Xuraman Etibarlı,
KONKRET.az
