“Bunu təkcə Lukaşenko etmir” – Rustamyan Ermənistanı biyabır edən bəyanatdan DANIŞDIbackend

"Bunu təkcə Lukaşenko etmir” - Rustamyan Ermənistanı biyabır edən bəyanatdan DANIŞDI

“Belarus prezidentinin bəyanatı diplomatiyada cəfəngiyyatdır, lakin Ermənistan bunun səbəblərini özündə axtarmalıdır”.

Konkret.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında “Ermənistan” fraksiyasından olan deputat Armen Rustamyan səsləndirib:

“Təbii ki, belə bəyanatlar olmamalıdır. Bu, beynəlxalq diplomatik praktikada cəfəngiyyatdır, qalmaqallı epizoddur. Amma səbəbləri özümüzdə axtarmaq lazımdır. Biz özümüzlə bu şəkildə danışmağa icazə veririk. Bunu təkcə Lukaşenko etmir” – deyə Rustamyan vurğulayıb.

Rustamyanın sözlərinə görə, Lukaşenka o odioz fiqurlardandır ki, düşündüklərini söyləyir: “Lakin bu, ciddi daxili problemlərdən və pərdəarxası məsələlərdən xəbər verir” – deyə Rustamyan qeyd edib.

Xatırladaq ki, Belarus lideri Aleksandr Lukaşenko keçmiş Sovet ittifaqının bərpası ilə bağlı müzakirələrə səbəb olacaq fikirlər səsləndirib. O bildirib ki, müharibədə məğlub olan Ermənistanın artıq çıxış yolu yoxdur. Lukaşenko, eyni zamanda Ermənistanın gücsüz duruma düşdüyünü, heç kimə lazım olmadığı və buna görə İttifaqa qoşulmağa məcbur qaldığını vurğulayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*