Burun damcıları uşaqlar üçün təhlükəlidir? – Pediatr AÇIQLADIbackend

Burun damcıları uşaqlar üçün təhlükəlidir? - Pediatr AÇIQLADI

Uşaqlarda burun damcıları yalnız istisna hallarda, tıxanıqlıq yemək və ya yatmağa mane olduqda istifadə edilməlidir.

KONKRET.az xəbər verir ki, bu barədə pediatr Viktoriya Qorlova “Gazeta.ru”ya bildirib.

Onun sözlərinə görə, burun damcılarından uzun müddət nəzarətsiz istifadə təkcə asılılıq yaratmır, həm də uşaqlarda ölümə səbəb ola bilər. Belə ki, dərman burun və ağızın selikli qişasından qan dövranına keçə və bütün bədənə təsir edə bilər.

Mütəxəssis xatırladıb ki, burun damcıları həkim tərəfindən təyin olunmur, ona görə də nə qədər az istifadə edilsə, bir o qədər yaxşıdır.

O qeyd edib ki, bu cür dərmanlar üç gündən çox olmayaraq istifadə olunmalıdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*