backend

“Buster” doza üzrə 411 mindən çox vaksin vurulub - RƏSMİ

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 041 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 746, “Buster” doza vaksinasiya olunanların sayı 28 712 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 798 866, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 980 307, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 406 811, “Buster” doza vaksinasiya olunanların ümumi sayı isə 411 748 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*