“Bütün kartlar Trampın əlində idi, amma İran masanı çevirdi”backend

“Bütün kartlar Trampın əlində idi, amma İran masanı çevirdi”

Amerikalı politoloq Con Mirşaymerin sözlərinə görə, İran ABŞ-la qarşıdurmada qüvvələr nisbətini faktiki olaraq dəyişib.

KONKRET.az xəbər verir ki, Mirşaymer hesab edir ki, qarşıdurmanın ilk mərhələsində əsas üstünlüklər və təzyiq rıçaqları Vaşinqtonun əlində olsa da, hazırda Tehran vəziyyəti fərqli qiymətləndirir.

Onun sözlərinə görə, ABŞ üçün hərbi eskalasiyanın davam etdirilməsi artıq ciddi risklər yaradır, İran isə əksinə, daha da irəli gedə və hərbi qarşıdurmanı genişləndirə biləcəyinə inanır.

“Bizim hərbi variantımız yoxdur. Eskalasiya bizim üçün fəlakət olardı. İranlılar isə hesab edirlər ki, onların hərbi variantı var və onlar eskalasiyaya gedə bilərlər”, – deyə Mirşaymer bildirib.

Bu qiymətləndirmə İranın son aylarda ABŞ qarşısında daha sərt mövqe nümayiş etdirməsi ilə bağlı digər analitik şərhlərlə də səsləşir. Financial Times-a danışan Yaxın Şərq üzrə ekspert Vəli Nəsr də İranın müharibədən əvvəlki vəziyyətə qayıtmaq əvəzinə əldə etdiyi strateji üstünlüklərdən istifadə etməyə çalışdığını bildirib.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*