“Bütün keçmişimi və pulumu itirdim” – Roberto Karlosbackend

"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos

Futbol dünyasının braziliyalı əfsanəsi Roberto Karlos karyerası ərzində topladığı bütün sərvəti menecerləri və ailəsi ilə bağlı problemlər üzündən itirdiyini açıqlayıb.

KONKRET.az unikal.az-a istinadən xəbər verir ki, Portuqaliyada keçirilən paneldə çıxış edən 53 yaşlı futbolçu karyerasını başa vurduqdan sonra başına gələn hadisələrdən danışıb.

Karyerası boyunca xeyli sərvət toplamağı hədəfləsə də, səhv insanlara etibar etdiyini bildirən Roberto Karlos, “Hesabımda heç nə qoymayan insanlarla problemlərim var idi. Futbolda qazandığım hər şeyin 99%-ni menecerlerim və ailə problemlərim üzündən itirdim. Səhvlər etdim, ona görə də gənclərə eyni səhvləri etməmələrini deyirəm” , – deyib.

Keçmiş braziliyalı futbolçu həyatında dönüş nöqtəsi olan gecəni və hər şeyini itirdiyini ətraflı şəkildə izah edib:

“Keçmiş menecerimlə və ailəmlə çox ciddi problemim var idi. Cümə axşamı gecəsi saat 1 radələrində yatdım. Cümə günü, hətta varlığından xəbərsiz olduğum bir yığın sənəd əlimə gəldi. Bu sənədlər mənim müflisləşmə bayrağım idi. Məni aldadıb pulumu aldılar. Elə o zaman bütün keçmişimi və pulumu itirdim”.

Karlos bildirib ki, sahib olduğu hər şeyi itirdikdən sonra çətin bir bərpa prosesindən keçib, lakin iki yaxın dostunun dəstəyi sayəsində maliyyə və ailə həyatını tədricən yoluna qoymağı bacarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*