Rəsul Quliyevin Azərbaycana gəlməsi ilə bağlı qızından AÇIQLAMAbackend

Rəsul Quliyevin Azərbaycana gəlməsi ilə bağlı qızından AÇIQLAMA

“Rəsul Quliyev artıq neçə illərdir, Amerikadadır. Artıq onun yaşını da bilirsiniz. Ən yaxınları – biz uşaqları, nəvələri, bütün ailəsi oradadır. Allah bilən məsləhətdir. Qismət olsa, Azərbaycana gələr…”

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyevin qızı Xanım Quliyeva deyib.

 

X.Quliyeva belə müzakirələrin aparılmadığını bildirib: “Hər halda bizim aramızda belə müzakirələr olmur. Atamın fikri, qəlbi həmişə Azərbaycandadır. Qızı olaraq atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir. 27 sentyabr – Anım Gününə gəlməyimizin səbəbi də elə atam oldu. Dedi ki, Azərbaycandasınız, gərək mütləq şəhidlərimizi ziyarət edəsiniz. Bir neçə gün öncə də Şəhidlər Xiyabanını ziyarət etmişik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*