İranın xahişi rədd edildi, neftin qiymətləri qalxdı – Dünyanı yeni inflyasiya dalğası vuracaqbackend

İranın xahişi rədd edildi, neftin qiymətləri qalxdı - Dünyanı yeni inflyasiya dalğası vuracaq

Tramp İranın yeddi günlük atəşkəs təklifini rədd etdiyi üçün neft qiymətləri və istiqraz gəlirlilikləri bazar ertəsi kəskin artdı.

KONKRET.az xəbər verir ki, Tehran keçən həftə BMT Baş Assambleyasında Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan atəşkəs planı təqdim etmişdi. Tramp jurnalistlərə Ağ Evin qarşısında “Mən onların təklifini rədd edirəm” deyib. Buna baxmayaraq, sonradan danışıqların bərpa olunacağını bildirib.

İranın təklifinə ABŞ-ın dəniz blokadasının götürülməsi, İran nefti üzrə sanksiyaların dayandırılması, təxminən 12 milyard dollarlıq dondurulmuş aktivlərin azad edilməsi və Livan, Yəmən də daxil olmaqla regional atəşkəs daxil idi. Bundan sonra İran Hörmüz boğazını açacaq və yekun razılaşma üzrə danışıqlara başlayacaqdı. Qeyd edək ki, Asiya ticarətində noyabr üçün ABŞ xam neftinin fyuçersi 1,69% artaraq barreli 94,10 dollara, Brent isə 2,65% artaraq 106,96 dollara yüksəldi. Qiymət artımı inflyasiya narahatlığını gücləndirib və diqqət yenidən Federal Ehtiyat Sisteminə yönəlib. Oktyabrın sonundakı iclasda faizlərin ardıcıl ikinci dəfə artırılması ehtimalı 65%-dən yüksək qiymətləndirilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*