Buzovnada qadını avtomobil vurdubackend

Buzovnada qadını avtomobil vurdu

Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Paytaxt sakini G.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini V.Hacıyevanı vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*