ABŞ-də hava limanında inanılmaz hadisə baş verib. Belə ki, Afrikadan ABŞ-yə səfər edən sərnişinin baqajından tapılan mumiyalanmış heyvan cəsədləri hər kəsin təəccübünə səbəb olub.
KONKRET.az xəbər verir ki, ABŞ-nin Boston Loqan hava limanında sərnişinin çamadanındakı mumiyaları xidməti itlər aşkarlayıb.
Sərnişin əvvəlcə çamadanında qurudulmuş balıq olduğunu bəyan etsə də, sonradan çamadanda əslində mumiyalanmış meymunların olduğu üzə çıxıb.
ABŞ qanunlarına görə, vəhşi heyvanların ətlərinin sərhəddən keçirilməsi qadağandır.
Rəsmiyyə Şərifova.
KONKRET.az