Qubada yağan güclü qardan sonra ac qalan canavar sürüsü Xınalıq kəndinə girib.
KONKRET.AZ xəbər verir ki, kənd sakinləri bildirib ki, 7 canavardan ibarət sürü bu gecə kəndə girib.
Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib.
Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib.
