İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, yanvarın 8-də Tehran yaxınlığında “Ukrayna Hava Yolları” aviaşirkətinin təyyarəsinin qəzaya uğramasına səbəb olmuş şəxs həbsxanadadır.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb. “O, Ukrayna təyyarəsini səhvən vurub”, – deyə nazir bildirib. Kiyevə uçuş edən Ukraynanın “Boeing” sərnişin təyyarəsi yanvarın 8-də Tehran hava limanından yola düşdükdən sonra qəzaya uğrayıb. Gəmidə olan 176 nəfərin hamısı həlak olub. Daha sonra İran hərbiçiləri təyyarənin səhvən ölkənin hava hücumundan müdafiə sistemləri ilə vurulduğunu bildiriblər.
KONKRET.az
