BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak üçün ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirilib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, tərəflər görüş zamanı Qarabağ məsələsini, həmçinin Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.
Görüş təxminən bir saat davam edib.
Xatırladaq ki, BMT-nin 76-cı Baş Assambleyası sentyabrın 14-də qurumun mənzil-qərargahı olan Nyu-Yorkda start götürüb.
