Çavuşoğlu Kuleba ilə Qara dənizdəki təhlükəsizliyi müzakirə etdibackend

Çavuşoğlu Kuleba ilə Qara dənizdəki təhlükəsizliyi müzakirə etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna xarici siyasət idarəsinin rəhbəri Dmitri Kuleba ilə Qara dənizdəki təhlükəsizliyi müzakirə edib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflər təhlükəsizliyi təmin etmək naminə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

“Qara dənizdəki təhlükəsizlik bugünkü danışıqlarımızın əsas mövzularından biri idi. Qərara gəldik ki, Qara dənizdəki təhlükəsizlik və maraqlar balansı təmin edilməlidir. Regionda kiminsə təcavüzkar hərəkətlərinə yer olmamalıdır”, – D.Kuleba deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*