Çavuşoğlu: “NATO-ya üzv olmaq üçün Finlandiya və İsveç terrora dəstəyi dayandırmalıdır”backend

Çavuşoğlu: “NATO-ya üzv olmaq üçün Finlandiya və İsveç terrora dəstəyi dayandırmalıdır”

Türkiyə, Polşa və Rumıniya xarici işlər nazirlərinin cümə günü İstanbulda keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında xarici işlər naziri Mövlud Çavuşoğlu “NATO-ya üzv olmaq üçün Finlandiya və İsveç terrora dəstək verməyi dayandırmalıdır” deyib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

“Biz bu iki ölkənin – Finlandiya və İsveçin təhlükəsizlikləri ilə bağlı narahatlığını başa düşürük, lakin bizim mövqeyimiz açıq və aydındır. Bu ölkələr terror təşkilatlarına dəstəyi dayandırmalıdır”, – Çavuşoğlu bildirib.

Maraqlıdır ki, bir qədər əvvəl elə həmin mətbuat konfransı zamanı ATƏT-in rəhbəri Zbiqnev Rau İsveç və Finlandiyanın tezliklə NATO-ya üzv olacağını bildirmişdi.
Eyni zamanda o, qeyd edib ki, alyansda iştirak edən bütün ölkələrin, o cümlədən Türkiyənin də maraqlarına riayət edilməlidir.
Xatırladaq ki, Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün ərizəni NATO-nun baş katibinə təqdim ediblər.
Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətlərə dair onların verdiyi vədlərə inana bilmir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç və Finlandiya terrorizmə dəstəklərini dayandırmaq üçün “konkret addımların atılması” ilə bağlı yazılı razılaşma təqdim etməlidirlər.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*