Çavuşoğlu: “Rusiya və Ukrayna birgə bəyannamə layihəsini müzakirə edir”backend

Çavuşoğlu: "Rusiya və Ukrayna birgə bəyannamə layihəsini müzakirə edir"

Rusiya və Ukrayna arasında həssas məsələlər müzakirə olunur, arxa qapı diplomatiyası işləyir.

KONKRET.az-ın məlumatına görə, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir əlavə edib ki, bu məsələdə son nöqtəni iki ölkənin liderləri qoyacaq.

Bundan əlavə, əhatəli mətn ətrafında müzakirələr gedir. Əsas mövzular isə Ukraynanın tərəfsizliyi və təhlükəsizliyinin zəmanətləridir.

Türkiyənin baş diplomatı Rusiya və Ukraynanın birgə bəyannamə layihəsini müzakirə etdiyini də bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*