Çavuşoğludan eyni vaxtda başlayan yanğınlarla bağlı – AÇIQLAMAbackend

Çavuşoğludan eyni vaxtda başlayan yanğınlarla bağlı - AÇIQLAMA

“Yanğınlarla bağlı genişmiqyaslı araşdırma davam edir və məsələ ilə bağlı saxlanılanlar var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”in canlı yayımında bildirib.

“Amma indiyədək aparılan araşdırmalar çərçivəsində konkret olaraq “Bu meşəni, bu bölgəni bu yandırdı, ya da bunlar yandırdı” deyəcək bir məlumat yoxdur.

Təbii ki, şübhələr var. Manavqatda eyni vaxtda dörd yerdə yanğının başlaması təbii bir şey deyil”,  – nazir qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin eyni anda bir çox şəhərində bu qədər yanğının başlaması da təbii qarşılanmır:“Xalqımızın da, bizim də şübhələrimiz var.

Amma bu araşdırmalar nəticəsində ortaya real bir şey çıxmadan “Elə oldu, belə oldu” ehtimalı ilə yanlış məlumat verməyimiz doğru olmaz”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*