Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana daha bir dəstək mesajı paylaşıb.
KONKRET.az-ın məlumatına görə, qardaş ölkənin XİN rəhbəri Facebook hesabında Türkiyənin Azərbaycana dəstəyinin tam qanuni olduğunu bəyan edib.
“Azərbaycanla bir millətik. İki ayrı dövlət olsaq da, yeri gələndə bir dövlət kimi davranırıq. Dolayısı ilə Azərbaycana olan dəstəyimiz kimsəyə qəribə gəlməsin. Bundan təbii və qanuni bir şey ola bilməz”, – deyə M.Çavuşoğlu vurğulayıb.

