Çayın suyunu boşaltdılar – Gözlənilməz nəticə – FOTObackend

Çayın suyunu boşaltdılar - Gözlənilməz nəticə - FOTO

Paris bələdiyyəsi paytaxtdan keçən Sena çayını təmizləmək üçün kanalın suyunu qurudub.

KONKRET.az Publika.az-a istinadən xəbər  verir ki, ortaya çıxan mənzərə hamını təəccübləndirib. Çayın yatağında müxtəlif əşyalara rast gəlinib. Onların arasında kəsici alətlər, velosiped, müxtəlif bəzək əşyaları, qab-qacaq, mobil cihazlar, dəmir pullar və digər əşyalar olub.

Diqqətçəkən əşyalar yığılaraq sərgiyə qoyulacaq. Yerli dairələrin məlumatına görə, kanalda əşyaların olduğu güman edilsə, bu qədər əşyanın olması onlar üçün də gözlənilməz olub.

Qeyd edək ki, Sena çayında sonuncu dəfə oxşar təmizlik 15 il əvvəl aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*