Rusiya Gənclər Liqasında XIV turun “Axmat” – “Arsenal” matçı zamanı kütləvi dava düşüb.
KONKRET.AZ “Report”a istinadən xəbər verir ki, insident Çeçenistanın paytaxtı Qroznıda təşkil olunmuş qarşılaşmanın 38-ci dəqiqəsində Tula klubunun oyunçusunun kobud oyunundan sonra yaşanıb.
Ona sarı vərəqə göstərilsə də, Qroznı komandasının futbolçuları bu cəzanı yüngül sayıblar və qaydanı pozan oyunçu ilə özləri haqq-hesab çəkməyi qərara alıblar. Davaya ehtiyat oyunçular, skamyasındakılar da qoşulublar. Nəticədə baş hakim meydan sahiblərinin 2, qonaqların 1 oyunçusunu meydandan qovub.
Qeyd edək ki, görüş “Arsenal”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
