Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar GÖTÜRÜLDÜbackend

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar GÖTÜRÜLDÜ

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

KONKRET.az xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*