Cəlilabadda iki nəfəri bıçaqlayan şəxs saxlanıldı – YENİLƏNİBbackend

Cəlilabadda iki nəfəri bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a bildirilib ki, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Cəlilabad rayonunun Alar kəndi ərazisində həmin kəndin sakinləri, 2006-cı il təvəllüdlü İ.Nağıyev və bir nəfər yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 2005-ci il təvəllüdlü R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

13:27

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində müxtəlif bıçaq xəsarətləri alıb.

O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yarası və sağ budun yuxarı 3/1-nin yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*