Cəlilabadda ağır qəza törədən sürücünün maşını idarə etmək hüququ yox imiş – TƏFƏRRÜATbackend

Cəlilabadda ağır qəza törədən sürücünün maşını idarə etmək hüququ yox imiş - TƏFƏRRÜAT

Cəlilabadda ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, aprelin 13-ü saat 16 radələrində rayonunun Gülməmmədli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sadıqov Məzahir Vaqif oğlu nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-21074 minik” markalı avtomobillə Nəsirov Fərhad Umudəli oğlunun “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “QAZ-2705 Yük Sərnişin” markalı avtomobili toqquşub.

Nəticədə “VAZ-21074 minik” markalı  avtomobildə sərnişin qismində əyləşmiş 1994-cü il təvəllüdlü Səfərov Paşa Əyyub oğlunun hadisə yerində ölüb, həmin avtomobilin sürücüsü M.Sadıqov “serebral koma, alının sağ yarısının hematoması, üzün sıyrılmış, cırılmış yarası”, “QAZ-2705 Yük Sərnişin” markalı avtomobilin sürücüsü Nəsirov Fərhad Umudəli oğlunun “alının sıyrığı, hər iki dizin sıyrılmış yaralar xəsarətləri alıb.

Faktla bağlı  Cəlilabad RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*