Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya saldıbackend

Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya saldı

Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya salıb.

KONKRET.az-ın məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili Masallı rayon sakini, 2014-cü il təvəllüdlü İ.Abdullayevi vurub. Yaralı uşaq ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, ənsə kəllə əsası sınığları, çanaq tamlığının pozulması ilə olan çoxsaylı sınığları diaqnozu qoyulub.

Hazırda İ.Abdullayev travmotik şokun 3-cü dərəcəsindədir.

Faktla bağlı araşdırma aparılır.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*