Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı “VAZ-2107″ markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.
Avtomobilin aşması nəticəsində sərnişin, rayon sakini, 1975-ci il təvəllüdlü S.İsayeva və sürücü xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.”Report”
