Cəlilabadda yol qəzası oldu – Xəsarət alanlar varbackend

Cəlilabadda yol qəzası oldu - Xəsarət alanlar var

Cəlilabad rayonunda yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, “Qazel” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində rayon sakini, 1986-cı il təvəllüdlü Rəşad Quliyev və daha bir nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*