Çempionlar Liqasında mövsümün ilk püşkü atıldıbackend

Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb.

KONKRET.az xəbər verir ki, püşkatma nəticəsində ilkin təsnifat mərhələsinin yarımfinal cütlərinin tərkibi müəyyənləşib.

Bu raundda Estoniya “Levadiya”sı İslandiyanın “Vikinqur” komandasına, San-Marinonun “La Fiorita” klubu isə Andorranın “İnter” (Eskaldes) kollektivinə rəqib olub.

Yarımfinallar iyunun 21-də, final isə iyunun 21-də olacaq. Qarşılaşmalar İslandiyada gerçəkləşəcək.

İlkin təsnifat mərhələsinin qalibi I təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi hesab olunur. Bu raundun püşkü isə iyunun 14-də atılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*