CENTCOM Yaxın Şərqin xəritəsini dəyişdi – FOTObackend

CENTCOM Yaxın Şərqin xəritəsini dəyişdi - FOTO

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) komandanın Yaxın Şərq səfəri ilə bağlı paylaşımında regionun xəritəsini dəyişib.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bunu CENTCOM-un X sosial şəbəkəsindəki paylaşımı və istifadəçilər tərəfindən saxlanılan ilkin versiyanın görüntüləri göstərir.

İlkin xəritədə Qəzza zolağı və İordan çayının Qərb sahili vizual olaraq İsrail ərazisinə daxil edilmişdi. Yenilənmiş versiyada isə İsrail və Fələstin əraziləri ətrafındakı sərhədlər fərqli şəkildə göstərilib.

Paylaşım CENTCOM komandanı admiral Bred Kuperin Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa çatdırmasına həsr olunub. Səfər çərçivəsində o, Bəhreyn, İraq, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-də olub, həmçinin Ərəbistan dənizində xidmət aparan ABŞ-ın “USS Avram Linkoln” aviadaşıyıcısına baş çəkib.

CENTCOM xəritənin dəyişdirilməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*