Cənubi Koreyalı fəallar KXDR-ə hava şarları göndərirbackend

Cənubi Koreyalı fəallar KXDR-ə hava şarları göndərir

Cənubi Koreyadakı fəallar Şimali Koreya əleyhinə üzərində şüarlar yazılan şarlar göndərməyə davam edirlər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyalı qaçqın fəal Park Sanq-Hak sərhəddən KXDR-ə 20 min maska, on minlərlə Tylenol və Vitamin C həbləri daşıyan 20 şar uçurduqlarını bildirib.

Park şarlardan birində “gəlin Kim Çen In və bacısı Kim Ye Çjonu yox edək” adlı fotoşəkili pankartın olduğunu bildirib.

Qeyd edək ki, Şimali Koreya ölkədə COVID-19 epidemiyasının Cənubi Koreya sərhədindən gələn hava şarları ilə başladığını iddia edib.

Bildirilib ki, İpho qəsəbəsində 18 yaşlı əsgər və 5 yaşlı oğlan yad əşyalarla təmasda olub və daha sonra onların COVID-19 testi müsbət çıxıb.

Koreya liderinin bacısı Kim Ye Çjon qeyd edib ki, Cənubi Koreyadan zibil atılmağa davam edilərsə, KXDR bu ölkənin rəsmilərini aradan götürməklə cavab verəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*