Çerçesov oyundan sonra Qurban Qurbanova nə deyib? – AÇIQLAMAbackend

Çerçesov oyundan sonra Qurban Qurbanova nə deyib? - AÇIQLAMA

UEFA Çempionlar Liqasında baş tutan “Qarabağ” – “Ferensvaroş” oyunundan sonra Macarıstan klubunun baş məşqçisi Stanislav Çerçesovla ağdamlıların çalışdırıcısı Qurban Qurbanov arasında kiçik dialoq yaşanıb.

KONKRET.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov həmin anlar barədə danışıb:

“Çerçesov mənə dedi ki, Kvabena Ovusu epizodların birində topu bizə qaytarmalı olduğu halda qapıya vurdu. Ona bildirdim ki, narahat olmasın qol olsaydı, biz də qol buraxardıq. Beləcə məsələ həll oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*