Çerniqovda dağıntılar altından beş meyit tapıldı – Üçü uşaqdırbackend

Çerniqovda dağıntılar altından beş meyit tapıldı - Üçü uşaqdır

Ukraynanın Çerniqov şəhərində bombalanmış yataqxananın dağıntıları arasından üçü uşaq olmaqla, beş nəfərin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə qrupları axşam saatlarına qədər Çerniqov şəhərində baş verən partlayışdan sonra yeddi dəfə yanğının söndürülməsində, dörd dəfə isə binaların qalıqları altından insanların çıxarılmasında iştirak edib.

Qeyd edək ki, bu gün Ukraynanın Çerniqov şəhərində Rusiya ordusu çörək növbəsində gözləyən dinc sakinlərə atəş açıb. Yerli mətbuat bu hücumda ən azı 10 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*