Cəsədi tapılan qadının üzərindən belə yazı çıxdı: “Canımdan bezmişəm”backend

Cəsədi tapılan qadının üzərindən belə yazı çıxdı: “Canımdan bezmişəm”

Antalyanın Konyaaltı bölgəsində cəsədi tapılan qadının 41 yaşlı İran vətəndaşı Chonoor Younes olduğu nüəyyənləşib.

KONKRET.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, onun üzərindən türk dilində “Yaşamaq istəmirəm, yoruldum” məzmunda bir yazı çıxıb.

Dünən günorta saatlarında Konyaaltı çimərliyində bir qadın cəsədini görən balıqçılar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Xəbərdarlıqdan sonra Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları bölgəyə sövq edilib.

Dənizdən çıxarılan cəsədin Chonoor Younes adlı qadına aid olduğu müəyyən edilib.

İranlı qadının cənazəsi müayinədən sonra ölkəsinə göndəriləcək.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*