Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin əsas şərtini AÇIQLADIbackend

Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin əsas şərtini AÇIQLADI

Qarşıda hədəflərimiz çoxdur. Ölkəmizin suverenliyinə qarşı təhdidlərin aradan qaldırılması əsas prioritetdir.

KONKRET.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda Azərbaycanın milli maraqlarına cavab verən siyasət təmin edilir.

XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti barədə də danışıb: “Mütəmadi olaraq Ermənistanla sülh gündəliyinin prioritetləri barədə ictimaiyyətə məlumat verilir. Dünya ictimaiyyəti bilir ki, işğal faktı aradan qaldırılıb. 2021-ci ilin yanvarında Prezident İlham Əliyev açıq çıxış edərək sülh gündəliyini Ermənistana təklif etdi. Sülh müqaviləsinin müzakirəsi üzrə açıq sualların sayı xeyli azalıb. Təəssüf ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası qalmaqdadır. Sülhə tam nail olunması üçün bu amil aradan qaldırılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*