Ceyhun Bayramov Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbəri ilə görüşdübackend

Ceyhun Bayramov Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbəri ilə görüşdü

18 iyun 2021-ci il tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlah ilə görüşüb.

KONKRET.az XİN-in Mətbuat Xidməti idarəsinə istinadən xəbər verir ki, nazir Azərbaycan və Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla vurğulayıb. O, 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*