Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb.
KONKRET.az xəbər verir ki, XİN rəhbəri Moskvada naməlum əsgərin məzarını ziyarət edib və əklil qoyub.

***
10:42
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.
Bu barədə KONKRET.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
Səfər çərçivəsində Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.