Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasının 103-cü ildönümünü münasibətilə Azərbaycan xalqını təbrik edib.
KONKRET.az xəbər veir ki, C.Bayramov bu barədə tvitter səhifəsində yazıb.
“Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasının 103-cü ildönümünü böyük bir qürur hissi ilə – Zəfərimizlə qarşılayırıq! Bu əlamətdar gündə xalqımızı ürəkdən təbrik edir və müstəqilliyimizin əbədi olmasını arzu edirəm! Respublika Günümüz Mübarək”, – nazir tvitində deyib.
