CHP sədri Kamal Kılıçdaroğluna AĞIR İTKİ – FOTObackend

CHP sədri Kamal Kılıçdaroğluna AĞIR İTKİ - FOTO

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu dünyasını dəyişib.

KONKRET.az İHAya istinadən xəbər verir ki, Kocaelinin İzmit rayonunda yaşayan Cəlal Kılıçdaroğlu oktyabrın 10-da xəstəxanaya aparılıb.

Məlumata görə, o, səhhəti yaxşılaşdıqdan sonra evə buraxılıb.

Kılıçdaroğlu dünən gecə yerli vaxtla saat 22.00 radələrində Karabaş məhəlləsindəki evində qəfildən dünyasını dəyişib.

Həkimlər onun ürək çatışmazlığından vəfat etdiyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*