“Chrome” ləğv olunur – “Google”a inanılmaz tələblərbackend

"Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər

ABŞ Ədliyyə Nazirliyi “Google”un sahibi olan “Alphabet” korporasiyasına qarşı məhkəməyə müraciət edərək populyar “Chrome” brauzerindən çəkinməyi tələb edib. Bu qərar internet brauzerlər bazarında qüvvələr nisbətini köklü şəkildə dəyişə və bütün dünyada milyonlarla istifadəçiyə təsir edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.

Bildirilib ki, prokurorluq yalnız “Chrome”un satışını tələb etməklə kifayətlənməyib. Onlar, həmçinin antiinhisar tədbirləri çərçivəsində “Google”un beş il ərzində brauzerlər bazarına çıxmasına qadağa qoyulmasında israr ediblər.

“StatCounter”in məlumatlarına əsasən, “Chrome”un ABŞ bazarında payının 61% təşkil etdiyini nəzərə alsaq, bu, misli görünməmiş qərardır.

Bundan əlavə, Ədliyyə Nazirliyi “Google”un “Apple” və digər şirkətlərlə smartfonlarda, brauzerlərdə öz axtarış sisteminin quraşdırılması ilə bağlı müqavilələr bağlamasını qadağan etməyə çalışır.

Korporasiyanı, həmçinin 10 il ərzində məlumatları rəqiblərlə bölüşməyə məcbur etmək istəyirlər.

İddiaçının hüquqşünaslarının məhkəmə sənədlərində qeyd edilir ki, “Google” qanunsuz əldə edilmiş üstünlükdən faydalandığı üçün oyun qaydaları bərabər deyil”.

“Google” vəziyyətin düzəldilməsi ilə bağlı öz təkliflərini 20 dekabra qədər təqdim etməyi planlaşdırır. Qərarın 2025-ci ilin yayının sonuna qədər veriləcəyi gözlənilir. Korporasiya nümayəndələri hesab edirlər ki, belə tələblər istehlakçılara və tərtibatçılara ziyan vuracaq.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*