Cill Bayden emosional MÜRACİƏT ETDİ: “Cənab Putin, bu mənasız, qəddar müharibəni dayandırın”backend

Cill Bayden emosional MÜRACİƏT ETDİ: "Cənab Putin, bu mənasız, qəddar müharibəni dayandırın"

Baydenin həyat yoldaşı Putinə emosional müraciət edib.

KONKRET.az xəbər verir ki, ABŞ-ın birinci xanımı Cil Bayden Ukraynaya qarşı törətdiyi genişmiqyaslı təcavüzə görə. Rusiya diktatoru Vladimir Putinə müraciət edib.

Amerika Prezidentinin həyat yoldaşı müraciətini CNN-də müəllif köşəsində yerləşdirib.

Jill Slovakiya və Rumıniyada, eləcə də Ujqorodda ukraynalı qaçqınlarla görüşünün təəssüratlarını bölüşüb.

“Müharibənin getdiyi zonadan dəyişilmədən çıxmaq mümkün deyil. Bu kədəri gözlə görmək lazım deyil, çünki qəlbinlə hiss edirsən. Kədər elə bir şeydir ki, üzünü pərdə kimi örtür”, – Bayden deyib.

Bunu Amerika Birləşmiş Ştatlarının birinci xanımı ukraynalı analarla görüşdən sonra bildirib.

ABŞ-ın birinci xanımının sözlərinə görə, Yelena Zelenskaya ilə görüşü zamanı o, Putinin amansız təcavüzündən əziyyət çəkən ukraynalılara psixoloji yardım göstərilməsi üçün ondan kömək istəyib.

“O, mənə qadınların və uşaqların zorlanmasından, insanların necə güllələndiyini və öldürüldüyünü, evlərinin necə yandırıldığını görən bir çox uşaq haqqında danışdı”, – Cill Bayden deyib.

“Cənab Putin, xahiş edirəm, bu mənasız və qəddar müharibəni dayandırın”, – Baydenin həyat yoldaşı Putinə müraciət edib.

Xəbər verdiyimiz kimi, ABŞ-ın birinci xanımı Cil Bayden mayın 8-də Ukraynaya səfər edib. Ujqorodda o, Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb, onunla birgə məcburi köçkünlərin yerləşdiyi məktəbə baş çəkib.

Görüşdən sonra o, etiraf etdi ki, ukraynalıların gücü bütün dünyanı heyrətləndirir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*