Çin 2027-ci ilə qədər Tayvana qarşı müharibə apara bilərbackend

Çin 2027-ci ilə qədər Tayvana qarşı müharibə apara bilər

Çin ordusu 2027-ci ilə qədər Tayvan və müttəfiqlərinə qarşı müharibə aparmaq üçün hərbi potensiala çata bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Tayvan xəbər agentliyi “CNA” məlumat yayıb.

Belə ki, Tayvan Müdafiə Nazirliyinin parlamentə verdiyi hesabatda bildirilib ki, Pekin 2027-ci ildə Çin Xalq Azadlıq Ordusunun 100-cü ildönümü üçün Tayvana qarşı daha aqressiv addımlar ata bilər.

Bu hesabatda Pekinin işğal planlaşdırdığına dair kəşfiyyat təhlili və ya proqnozu olmasa da, qiymətləndirilmə öz əksini tapıb. Sənəddə həmçinin Çinin bölgədəki hərbi üstünlüyünü qorumaq üçün son illərdə cənub-qərb sahillərində müasir döyüş gəmisi yerləşdirdiyinə diqqət çəkilib.

Hesabatda 2027-ci ilə qədər Çinin “Liaoning” və “Shandong” təyyarədaşıyıcılarından başqa yeni inkişaf etdirilmiş ikinci nəsil “Type 003” təyyarədaşıyıcısına sahib olacağı bildirilib.

Sənədə görə ABŞ və Çin arasında Tayvan boğazı, Koreya yarımadası və Cənubi Çindəki suverenlik münaqişələri səbəbindən qarşıdurma riski yaranacaq.

Qeyd edək ki, ABŞ Baş Qərargah rəisi general Mark Milli də Çinin 2027-ci ilə qədər Tayvanı ələ keçirmək üçün hərbi potensiala çatmağa çalışdığını ifadə edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*