Çin alimləri gələcək müharibələrin xarakterini dəyişdirə biləcək kiçik atom saatı yaradıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Çinin”South China Morning Post” qəzeti yazıb. Nəşrin məlumatına görə, “NIM-TF3″ atom saatının hündürlüyü 1,5 m, ölçüsü təxminən kiçik soyuducunun ölçüsünə bərabərdir. Eyni zamanda cihaz hərbi yük maşınına yüklənə və uzaq məsafələrə daşına bilər. Qəzet daha sonra yazır ki, digər atom saatları adətən yaxşı qorunan yerlərdə saxlanır. Xatırladaq ki, bu saatlar gizli qırıcıları aşkar etmək və izləmək üçün bir-birindən minlərlə kilometr məsafədə yerləşən radarların sinxron işləməsini təmin etmək üçün yüksək dəqiqliklə işləyir. Qurğu həmçinin elektron müharibə sistemlərindən gələn siqnalların keyfiyyətini yaxşılaşdırmağa və böyük məlumatların ötürülməsini asanlaşdırmağa kömək edəcək.”NIM-TF3” atom saatı Çinin Milli Metrologiya İnstitutu tərəfindən hazırlanıb. Nəşrin məlumatına görə, qurğu peşəkar texniki xidmətə ehtiyac olmadan uzun müddət avtonom işləyə bilir.
Vəli Həsənoğlu,
KONKRET.az