Çin Aya gizli qurğu göndərdibackend

Çin Aya gizli qurğu göndərdi

Çin nümunələr toplamaq üçün Ayın uzaq tərəfinə gizli özüyeriyən qurğu göndərib.

KONKRET.az xəbər verir ki, mayın 3-də Çin Ayın uzaq tərəfinə çatmaq üçün mürəkkəb və iddialı “Chang’e-6” missiyasını işə salıb. Qurğu Ay orbitinə uğurla daxil olub və gələn ayın əvvəlində yerə enməsi gözlənilir.

Çin Kosmik Texnologiyalar Akademiyasının yaydığı görüntülərdə maraqlı bir detal diqqət çəkib: eniş aparatının yan tərəfinə kiçik aparat bərkidilib. Ayda gəzinti aparatının məqsədi naməlum olaraq qalır.

Pekin elan etməsə də, “Chang’e-6”nın torpaqda və qayalarda suyu aşkar etmək üçün istifadə edilə bilən infraqırmızı spektrometr daşıya biləcəyi ehtimal olunur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*