Çin Pakistana “ördək ordusu” göndərirbackend

Çin Pakistana “ördək ordusu” göndərir

Çin Pakistana çəyirtkələrə qarşı mübarizə üçün 100 000 ördək göndərəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı Akademiyasının tədqiqatçısı Lui Lizhi deyib.

O, Pakistanda bir universitetlə bu barədə razılığa gəldiklərini bildirib.

Onların gəldiyi qərara görə, ördəklər “bioloji silah” və həşərat dərmanından daha effektli olacaq.

Lizhi bir ördəyin gün ərzində 200-dən çox çəyirtkə yediyini deyib.

Qeyd edək ki, çəyirtkə axını Şərqi Afrikadan Cənubi Asiyaya doğru yayılaraq bu ərazidəki ölkələrin təsərrüfatına zərər vurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*