Çin şirkəti erməni əmlakına sahib oldubackend

Çin şirkəti erməni əmlakına sahib oldu

Çinin “Fosun” konqlomeratı Rusiyanın tanınmış erməni milyarderi Ruben Vardanyana məxsus “Vozdvijenka Mərkəzi”nin yeganə sahibi olub.

KONKRET.az-ın Rusiya bürosu xəbər verir ki, mütəxəssislər sövdələşməni 900 milyondan 1,5 milyard rubla qədər qiymətləndirirlər.

Ruben Vardanyan və “Fosun Eurasia Capital” şirkətinin icraçı direktoru, Rusiyadakı “Fosun” şirkətinin aktiv meneceri Tatyana Ternavskaya əməliyyat faktını təsdiqləyib. Vardanyan payının satılmasının səbəblərini açıqlamayıb. “Cənab Vardanyan etibarlı tərəfdaşdır və gələcəkdə digər layihələrə potensial sərmayə qoymaq üçün də hazırıq”, – deyə Ternavskaya bildirib.

Qeyd edək ki, “Vozdvijenka Mərkəzi”nin ümumi sahəsi 66,7 min kvadratmetrdir. 2003-cü ildə sökülən tarixi “Voentorq” binasının yerində 2008-ci ildə inşa edilib.

Biznes mərkəzindəki ofislərin əsas icarədarı “Dom.RF” dövlət şirkətidir.

Xatırladaq ki, 1992-ci ildə qurulan Fosun bu gün aktivləri 99,1 milyard dollar dəyərində qiymətləndirilir. 2018-ci ilin sonunda Fosunun gəliri 109.4 milyard yuan (təxminən 16.5 milyard dollar) təşkil edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*