Koronavirus səbəbindən Çindən Rusiyaya smartfon tədarükü dayandırılıb.
KONKRET.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı “Kommersant” nəşri yayıb.
Nəşrin məlumatına görə, Çinin smartfon istehsalçıları Huawe, Xiaomi, Vivo, Realme, ZTE və Lenovo, həmçinin Apple təchizat müddətini iki həftə təxirə salıblar.
Bu, koronavirusun baş verməsi səbəbindən ÇXR fabriklərində Yeni il tətillərinin uzadılması ilə əlaqələndirilir.
Eksepertlər deyirlər ki, gecikmə bazarda müəyyən bir çatışmazlığa və 10-15% səviyyəsində qiymət artımına səbəb ola bilər.
KONKRET.AZ
