Çin Tayvan fondlarına qarşı sanksiyalar TƏTBİQ ETDİbackend

Çin Tayvan fondlarına qarşı sanksiyalar TƏTBİQ ETDİ

Çin hökuməti “Tayvan Demokratiya Fondu” və “Beynəlxalq Əməkdaşlıq və İnkişaf Fondu”na qarşı sanksiyalar tətbiq edir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Ma Syaoquan deyib.

“Beynəlxalq səviyyədə “demokratiya” və “əməkdaşlığın inkişafı” adı altında fəaliyyət göstərən bu strukturlar Tayvanın müstəqilliyini elan etməsinə yönəlmiş separatçı fəaliyyətlə məşğuldurlar. Fondlar kənarda anti-Çin qüvvələri cəlb etmək, ölkəyə hücum etmək və nüfuzdan salmaq üçün əllərindən gələni edirlər”, –  Ma Syaoquan bildirib.

Qeyd edilib ki, Çin hökumətinin qərarı ilə bu fondların təşkilatlar, müəssisələr və şəxslərlə əməkdaşlıq etməsi qadağandır.

Həmçinin yuxarıda qeyd olunan fondları maliyyələşdirən təşkilat, müəssisə və fiziki şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*